Gündəm / Cəmiyyət
17:52, 03 Ağustos 2023
0

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)


Məlumat verildiyi kimi, ötən gün Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.







Digər xəbərlər: