Gündəm / Cəmiyyət / Hadisə
21:59, 26 May 2023
0

FHN Mətbuat xidmətinin məlumatı

FHN Mətbuat xidmətinin məlumatı


Məlumat verildiyi kimi, intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Hazırda Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.



Digər xəbərlər: