Gündəm / Cəmiyyət / Sosial
16:06, 25 Temmuz 2023
0

Bu ilin altı ayında 1697 şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu ilin altı ayında 1697 şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin altı ayında 1697 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Onlardan 200 nəfərə yaxını şəhid ailələrinin üzvləridir.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Möcüzəvi Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ Quba Truskavets Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə postmüharibə dövründə 10 276 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 917 nəfəri şəhid ailələrinin üzvləridir.
Digər xəbərlər: