Gündəm / Cəmiyyət
Bu ilin 6 ayında 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
Bu ilin yanvar-iyun aylarında 604 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Daha sonra növbəlilik qaydasına uyğun olaraq mal və materiallarla təminat prosesi həyata keçirilir.
Qeyd edək ki, həmin dövrdə ümumilikdə 6791 şəxs, o cümlədən 163 şəhid ailəsi üzvü, 549 məcburi köçkün, 1041 gənc, 2020 qadın və digər kateqoriyalardan olan şəxslər bu proqrama cəlb edilib.
Daha çox xəbər:

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

Şəhid ailələri və qazilərlə bağlı yeni xəbər - Müqavilələr imzalanır

Nazir Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisələrə baxış keçirib - FOTO