Gündəm / Cəmiyyət / Siyasət
Azərbaycan Erməni sakinlərinə Ağdam- Xankəndi yolunu təklif edir

Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib.
Nazir vurğulayıb ki, “Laçın” sərhəd- buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur:
“Bu sərhəd- buraxılış məntəqəsinin yaradılması qanunazidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkməyib. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb”.
Qeyd edək ki, separatçılar xaric Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan da onları öz ərazisi ilə təmin edə bilər. Separatçı rejim buna qarşı çıxsa, deməli, həm də sadə erməni sakinlərin həyatı onlar üçün maraqlı deyil.
Nəzərə almaq lazımdır ki, Xankəndi və ətrafındakı ərazilər Azərbaycan əraziləridir. Orada yaşayan və ölkəmizin vətəndaşı olmalı olan ermənilərin təchizatı Azərbaycan ərazilərindən həyata keçirilməlidir. Bu gün Ağdam-Xankəndi yolu varkən, Ermənistan ərazisindən ora hansısa yüklərin daşınması qanunsuz və ağlasığmaz bir məsələdir.
Necə ki, Rusiya da daxil olmaqla, digər ölkələr öz suverenliyinə hörmət edib, öz əraziləri daxilindəki daşımaları ərazilərindənkənar daşımalarına icazə verməzlər, Azərbaycanın da bu məsələdəki mövqeyi tam haqlıdır
Humanitar yüklər adı altında bu günə qədər Ermənistan ərazisindən Xankəndiyə silah-sursat, qaçaqmal və bir sıra qanunsuz daşımalar həyata keçirilib:
Bu baxımdan, Azərbaycanın mövqeyi tam yerindədir. Ölkəmizin ərazi bütövlüyü artıq tam şəkildə bərpa olunub. Yurisdiksiyamız Xankəndidə də bərpa edilməlidir. Əlbəttə ki, bunun vaxtı yaxınlaşdıqca, bir sıra qanunsuz və fəaliyyəti şübhə doğuran yollardan istifadənin qarşısı birmənalı şəkildə birdəfəlik alınmalıdır.
Daha çox xəbər:

Ceyhun Bayramov Baş müşavirlə görüşüb

Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı Ermənistanın hərbi təxribatı barədə bəyanat

Nazir Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşünə dair mətbuat məlumatı

Rəsmi Bakı: Ermənistan Laçın yolundan sui-istifadəyə son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina edir

Sərhədçilərimiz nəzarət- buraxılış məntəqəsində