Gündəm / Cəmiyyət
Rayon ərazisində tikinti aparılan binaların hasarlarında təmir bərpa işləri aparılıb

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, işləri uğurla davam etdirilir.
Tikinti-quruculuq işlərinin aparılması ölkəmiz üçün nə qədər vacibdirsə, insanların sağlamlığının qorunması ondan da vacibdir. Buna görə də insanların təhlükəsizliyi daim diqqət mərkəzindədir.
Tikinti aparılan binalarda təhlükəsizliyin təmin olunması və tikinti zamanı standartlara əməl olunması üçün, binaların ətrafı hasarlarla əhatə olunur.
Belə ki, rayon ərazisində Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospektində tikinti aparılan binaların hasarlarında təmir bərpa işləri aparılmış, eyni zamanda şəhərin ümumi görünüşünə xələl gətirən hasarların üzərindəki bannerlər yeniləri ilə əvəz olunmuşdur. Binaların ətrafında səliqə səhman işləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.




Daha çox xəbər:

Nəsimi rayonu 3-cü mikrorayon Cavadxan küçəsi 26,30 saylı ünvanlarda abadlıq-quruculuq işlərinə başlanılıb.

Nəsimi rayonu Azadlıq prospekti 87 saylı binanın fasadında əsaslı təmir işləri başa çatıb.

Hüseyn Seyidzadə küçəsi 17 və 21 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib.

Xətai rayonunda iki küçə təmir olundu - FOTO