Gündəm / Cəmiyyət
Hüseyn Seyidzadə küçəsi 17 və 21 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.
Görülmüş işlər çərçivəsində, dam örtüyü, yağış suları axıdan borular və navalçalar əsaslı təmir edilib, giriş qapıları və pəncərələrin dəyişdirilib, həyətlərə asfalt örtüyü vurulub, tamet daşları, bardürlar döşənilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılıb.
Hazırda binaların fasadında işlər davam edir , həyətdə yaşıllıq və torpaq işləri görülür.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.
Daha çox xəbər:

Qaradağın Lökbatan, Müşviqabad və Sahil qəsəbələrində “Abad məhəllə” layihəsi üzrə işlər davam etdirilir

Xətai rayonunda iki küçə təmir olundu - FOTO

Heydər Əliyev Fondu Müqəddəs Məryəm katolik kilsəsində bərpa işlərini yekunlaşdırıb - FOTO

İki prospekti birləşdirən yol bağlanır

DİN-in Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib