Gündəm / Siyasət / Dünya
Almaniya Litvada 4000 hərbçi yerləşdirəcək

Almaniya NATO-nun şərq cinahını gücləndirmək çağırışlarından sonra Litvada 4000 hərbçi yerləşdirəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bildirib.
Nauseda Rusiyada baş verən qiyamdan sonra Belarusun “Vaqner” Özəl Hərbi Kampaniyasının (ÖHK) başçısı Yevgeni Priqojini qəbul edəcəyi təqdirdə NATO-nun şərq cinahında müdafiəsini gücləndirməyə çağırıb.
Çağırışdan sonra Almaniyanın müdafiə naziri Boris Pistorius Vilnüsə səfər edib.
O, Almaniyanın Litvada daimi olaraq güclü briqada yerləşdirməyə hazır olduğunu bəyan edib.
Priqojin qoşunlarının irəliləyişini dayandırdıqdan sonra Moskva “Vaqner” rəhbərinin Rusiyanı tərk edərək Belarusa gedəcəyini və ittihamlarla üzləşməyəcəyini elan edib.
Hadisə Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO-nun baş katibi Yens Stoltenberqlə birlikdə Litvanın ev sahibliyi edəcəyi və gələn ay keçiriləcək alyans sammitinə hazırlıq məqsədilə Vilnüsə səfəri zamanı baş verib.
Almaniyanın hazırda Litvada daimi olaraq yerləşdirilmiş 800 hərbi qulluqçusu var.