Gündəm / Siyasət / Dünya
18:36, 03 Temmuz 2023
0

İspaniya NATO- nun Vilnüs sammitinə töhfə verir

İspaniya  NATO- nun Vilnüs sammitinə töhfə  verir


İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı İspaniya Litvada NASAMS mobil hava hücumundan müdafiə sistemlərini (MANPADS) yerləşdirəcək.

Globalpress.az xəbər verir ki, bu barədə İspaniyanın Litvadakı səfirliyi məlumat yayıb.

“Biz təsdiq edə bilərik ki, İspaniya NATO-nun Vilnüs sammitinin təhlükəsizliyinə NASAMS hava hücumundan müdafiə stansiyalarının köməyi ilə töhfə verir”, – diplomatik nümayəndəlikdən bildirilib.

Sammit zamanı İspaniya hərbi hissəsi orada yerləşən müttəfiqlərin beynəlxalq batalyonunun tərkibində olduğu Latviyadan müvəqqəti olaraq Litvaya köçürüləcək.
Digər xəbərlər: