Gündəm / İqtisadiyyat / Cəmiyyət
AQTA bu ölkələrə xəbərdarlıq edib

Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür.
Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Daha çox xəbər:

"Azərbaycan dilində etiketlənməsi olmayan qida məhsullarının satışı qadağandır" - AQTA

AQTA bu sahibkarlara xəbərdarlıq edib

İrandan Azərbaycana gətirilən minlərlə kiloqram məhsul geri qaytarıldı

Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb

AQTA xəbərdarlıq etdi