Gündəm / Siyasət / Dünya
08:07, 16 Haziran 2023
0

Yaşar Gülər NATO - nun baş katibi ilə görüşüb

Yaşar  Gülər  NATO  - nun  baş  katibi  ilə  görüşüb


Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçirilir.

Globalpress.az xəbər verir ki, toplantıda Türkiyəni müdafiə naziri Yaşar Gülər ​​təmsil edir.

O, NATO-nun qərargahında ikitərəfli görüşlər keçirib.

İlk növbədə, Gülər ​​NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Danışıqlarda regional müdafiə və təhlükəsizlik, NATO-nun genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Gülər həmçinin, ​​İngiltərə, Estoniya, ​​Litvadan olan həmkarları ilə də görüşlər keçirib.

Bildirilir ki, NATO-Ukrayna Komissiyasının iclasında ilk olaraq 31 NATO müttəfiqinin müdafiə nazirləri iştirak edəcəklər. Sonra ABŞ-nin rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası keçiriləcək. Burada Ukraynanın müdafiə naziri Oleksey Reznikov bölgədəki prosesləri NATO ölkələrinə çatdıracaq və Ukraynanın hərbi ehtiyacları müzakirə olunacaq.

Mənbə: Haber Global
Digər xəbərlər: