Gündəm / Siyasət / Dünya
Ukraynanın özünümüdafiə hüququ var

"Ukraynanın özünümüdafiə hüququ var və biz ona bu hüququnu gerçəkləşdirməsinə kömək edirik..."
.
"F-16" qırıcıları ortamüddətli perspektivdə vacibdir, lakin müharibənin gedişinə əsaslı təsir göstərməyəcək..."
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Almaniya ukraynalı pilotların təliminə qoşula bilər.
Globalpress.az- ın məlumatına görə ,bu barədə o, Avropa İttifaqı Şurasının müdafiə nazirlərinin iştirakı ilə keçirilən iclasında bəyan edib. Məlumatı "unian.net" nəşri yayıb.
"Son zamanlar biz bir neçə müttəfiqlərimizdən, o cümlədən ABŞ, Böyük Britaniya və bir neçə avropalı müttəfiqlərimizdən eşidirik ki, NATO standartlarına cavab verən müasir Qərb qırıcılarında pilotların hazırlığına başlanılacaq", - Stoltenberq deyib.
"Ukraynanın özünümüdafiə hüququ var. Biz Ukraynaya bu hüququnu həyata keçirməkdə kömək edirik. Ukraynalı pilotlara təlim keçirilməsi NATO-nu münaqişə tərəfinə çevirmir", - o, vurğulayıb.
Alyansın baş katibi əlavə edib ki, bir neçə müttəfiqlərin, o cümlədən Almaniyanın ukraynalı pilotlara təlim keçmək qərarını alqışlayır.
"Çünki bu, sonradan tədarük haqqında qərar qəbul etmək imkanı yaradır. Mən bu hazırlığın nə zaman başlayacağı barədə bəyan etməyi müttəfiqlərimizə saxlayıram", - Stoltenberq deyib.
Onun sözlərinə görə, "F-16" qırıcılarının başlıca tədarükçüsü Birləşmiş Ştatlardır, ABŞ prezidenti Co Baydenin müvafiq bəyanatından sonra bu ölkə də ukraynalı pilotların hazırlanmasında iştirak edəcək.
"Bu, vacib addımdır, bizim üçün də sonradan müəyyən mərhələdə döyüş qırıcılarını tədarük etməyə imkan yaradacaq, lakin bu, həm də bizim burada uzunmüddətli perspektivdə olacağımızı göstərən və Rusiyanın bizi gözləyə bilməyəcəyini göstərən aydın siqnaldır, - Stoltenberq əlavə edib.
Jurnalistlər Almaniyanın da ukraynalı pilotların təlimində iştirakı barədə onun sözlərinin həqiqətə uyğun olması barədə sualına cavab verərkən NATO rəhbəri deyib:
"Mən dedim ki, Almaniya hazırlıq məsələsinə başlayan ölkələr arasındadır. Əgər mənə düzgün məlumat verilməyibsə, buna görə təəssüf edirəm", - Stoltenberq deyib.
Eyni zamanda, "Deutsche Welle" məlumat verib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Almaniya "aviasiya koalisiyası"na qoşulmaq yollarını öyrənir, lakin qeyd edib ki, ölkəsinin imkanları "son dərəcə məhduddur", çünki Almaniyanın silahlanmasında "F-16" təyyarələri yoxdur.
Pistorius qeyd edib ki, Berlinin iştirakının "əhəmiyyəti yoxdur, çünki bizim, sadəcə, "F-16" təyyarələrimiz yoxdur və pilotların təliminə kömək edə bilməyəcəyik".
Ukrayna üçün "F-16" qırıcıları-aktual olanlar
Avropa Komissiyasının vitse- prezidenti Jozep Borrel bəyan edib ki, ukraynalı pulotların "F-16"-la təlimi artıq bir neçə ölkədə, o cümlədən Polşada başlayıb.
ABŞ Hərbi-Dəniz Qüvvələri naziri Frenk Kendall belə fikir söyləyib ki, "F-16" qırıcıları ortamüddətli perspektivdə vacibdir, lakin müharibənin gedişində əsaslı dəyişikliklər yaratmayacaq.
O, həmçinin qeyd edib ki, Ukraynaya "F-16"-ın tədarükü ən yaxşı halda bir neçə ay çəkəcək.