Gündəm / Siyasət / Dünya
Malayziya rəsmisi Azərbaycana səfər edəcək

Malayziyanın XİN başçısı, Zambri Abdul Kadir "Qoşulmama Hərəkatı: yeni çağırışlara qarşı mübarizədə birlik və sarsılmazlıq" mövzusunda bəyanatla çıxış edəcək.
Globalpress.az xəbər verir ki, Onun sözləinə görə, tədbir Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin təşkilatın fəaliyyəti ilə əlaqədar məsələləri müzakirə etməsinə imkan verəcək.
"Bundan başqa, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə etmək və beynəxalq məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün həmkarlarımla bir neçə ikitərəfli görüşlər də keçirəcəyəm", - o deyib.
Qeyd edək ki, 5-6 iyul tarixlərində Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində görüşü keçiriləcək.