Gündəm / Siyasət / Dünya
07:42, 13 Haziran 2023
0

Liderlər bir araya gəlir

Liderlər  bir  araya gəlir


Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Polşa lideri Anjey Duda Fransanın paytaxtı Parisdə görüşüblər.

Globalpress.az əbər verir ki, liderlər görüşdə Ukraynadakı son vəziyyəti və Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünü müzakirə ediblər.


İclasda ev sahibi olaraq birinci söz alan Prezident Makron Ukraynadakı mövcud vəziyyətin onları Kiyevə dəstəyi davam etdirməyə çağırdığını bildirib:

“Aydındır ki, Ukraynanı fəth etmək mümkün deyil, yeganə həll yolu beynəlxalq hüquqa layiq sülhdür”.

Ukraynanın özünü nümunəvi cəsarətlə müdafiə etdiyinə diqqət çəkən Makron, onlara hərbi, siyasi və iqtisadi daxil olmaqla müxtəlif ölçülərdə fasiləsiz dəstəyin davam etdirilməsi lazım olduğunu deyib, Ukraynanın qələbəsinin bütün qitədə sülhə töhfə verəcəyini vurğulayıb.
Digər xəbərlər: