Gündəm / Siyasət / Cəmiyyət / Dünya
16:35, 02 May 2023
0

Polşa Rusiyadan kompensasiya TƏLƏB EDİR

Polşa Rusiyadan kompensasiya TƏLƏB EDİR


“Ola bilsin ki, tezliklə Polşa Rusiyadan İkinci Dünya Müharibəsi zamanı verdiyi itkilərə görə kompensasiya tələb etsin”.

Globalpress.az xəbər verir ki, bunu Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaç deyib.

“Financial Times” qəzetinə müsahibəsi zamanı siyasətçidən Varşavanın niyə Rusiyadan təzminat tələb etmədiyi soruşulub.

Buna cavab olaraq Pşidaç qeyd edib ki, əvvəlcə Almaniya ilə eyni məsələ ilə bağlı dialoqda uğur əldə etmək lazımdır:

“Biz Berlinlə dialoqa başlaya biləcəyimizə inanırıq, lakin Putinlə bu, mümkün deyil. Almaniya ilə uğur əldə edildikdən sonra növbəti addım başqa bir zalımla belə bir müzakirəyə başlamaq ola bilər”.

Xatırladaq ki, Polşa Seymi 2022-ci ilin sentyabrında Almaniyadan İkinci Dünya Müharibəsi zamanı insan və maddi itkilərə görə kompensasiya tələb edən qətnamə qəbul edib. Belə ki, söhbət 1,3 trilyon dollar məbləğində ödənişlərdən gedir.
Lakin Almaniya bu məsələni müzakirə etməkdən qəti şəkildə imtina edib. Almaniya hökuməti təzminat mövzusunun çoxdan bağlandığını bəyan edib.

Eyni zamanda, Polşa hökuməti dəfələrlə Rusiyadan analoji ödənişlər tələb etmək təşəbbüsü ilə çıxış edib. Rusiya Xarici İşlər Nazirliyi bu təklifləri siyasi fantaziya adlandıraraq bildirib ki, Varşava buna əl atmaqla daxili problemlərini həll etməyə çalışır.
Digər xəbərlər: