Gündəm / Siyasət / Dünya
Polşa: "Sərhədimizdəki bazanı vurmaq NATO-ya açıq təhdid mesajı idi"
Polşa: "Sərhədimizdəki bazanı vurmaq NATO-ya açıq təhdid mesajı idi"
"Rusiyanın Polşa ilə sərhəddə yerləşən hərbi bazaya raket zərbələri endirməsı NATO və Polşaya mesaj idi".
Bunu BBC-yə açıqlamasında Polşa xarici işlər nazirinin müavini Marçin Pşıdaç deyib.
O bildirib ki, Rusiya nəyi vurduqlarını bilirdilər və onlar NATO-nu təhdid etmək istədilər: "Rusiyanın bu addımı açıq təxribatdır".
Xatırladaq ki, ötən gün Lvovda, Polşa ilə sərhəddən 20 km məsafədə yerləşən təlim poliqonuna raket zərbəsi nəticəsində 35 nəfərin həlak olduğu, 100-dən çox yaralının olduğu bildirilib. Hərbi bazaya ümumilikdə 30-dan çox raket atıldığı qeyd olunub.