---
07:31, 27 Şubat 2023
0

Polşa Rusuyadan nə qədər təzminat tələb edəcək?

Polşa Rusuyadan  nə qədər  təzminat  tələb edəcək?


Varşava 2022-ci ildən bəri Ukrayna münaqişəsi nəticəsində Polşaya dəymiş ekoloji zərərə görə Rusiyadan 47 milyard dollar həcmində təzminat tələb edəcək.

Globalpress.az xarici mətbu orqanlarına istinadən xəbər verir ki, bunu fevralın 26-da Polşanın iqlim naziri Anna Moskva 35-ci Karpat Avropa Konfransında deyib.

Polşalı nazir qeyd edib ki, 2022-ci ildə Ukrayna ərazisinə 33 milyon ton istixana qazı buraxılıb və qoruq ərazilərin 20%-i zədələnib.

Anna Moskva vurğulayıb ki, Karpatların təbiətinə dəyən ziyana görə Rusiyadan hesab istəyəcəklər.

“Polşa olaraq biz Karpatlar üçün təzminat tələb edəcəyik”, - deyə nazir bəyan edib.
Digər xəbərlər: