Gündəm / Siyasət / Dünya
Rusiya Strasburqda məğlub oldu

Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində (AHİM) 2008-ci il Avqust müharibəsi ilə bağlı Rusiya üzərində növbəti tarixi qələbəsini əldə edib.
Globalpress.az xəbər verir ki, Gürcüstanın Ədliyyə Nazirliyinin bəyanatında belə qeyd edilib. Bildirilib ki, məhkəmə 2008-ci il Avqust müharibəsindən əziyyət çəkmiş təxminən 24 min Gürcüstan vətəndaşının xeyrinə Rusiya tərəfindən təxminən 130 milyon avro təzminat ödənilməsi qərarını çıxarıb.
Nazirliyin bəyanatında vurğulanıb ki, Gürcüstan hökuməti müharibə dövründə törədilmiş müxtəlif pozuntularla bağlı arqumentlərə əsaslanan sübutlarını və hüquqi mövqeyini 20 yanvar 2022-ci ildə təqdim edib.
“Gürcüstan hökuməti beynəlxalq məhkəmələrdə dövlət maraqlarını aktiv şəkildə qorumağa davam edəcək”, - deyə nazirliyin bəyanatında bildirilib.