Gündəm / Siyasət / Dünya
17:35, 22 Nisan 2023
0

İsveç NATO- ya üzvlülüklə bağlı güclü dəstək qazanıb

İsveç NATO- ya  üzvlülüklə  bağlı  güclü  dəstək  qazanıb


İsveç iyul ayında Vilnüsdə keçiriləcək sammitə kimi NATO-ya üzv olmağı gözləyir

Bunu ölkənin müdafiə naziri Pol Yonson “RBK Ukraina”ya müsahibəsində deyib.

Globalpress.az- ın məlumatına görə, O,bildirib ki, İsveç bununla bağlı güclü dəstək qazanıb: “Mən 2 gün əvvəl ABŞ-dan olan həmkarım Lloyd Ostinlə görüşdüm. O dedi ki, Vilnüs sammitinə qədər İsveçin Alyansa üzv olması vacibdir”.

İsveçin xarici işlər naziri Tobias Billström da daha əvvəl söyləmişdi ki, Vilnüs sammitinə qədər ölkəsinin NATO-ya qəbul olunacağını gözləyir.


Qeyd edək ki, İsveç və Finlandiya bir müddət əvvəl NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.

Finlandiya bu ilin martında NATO-ya rəsmi şəkildə üzv olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, İsveç rəsmi Ankaranın tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək. O deyib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.

Xatırladaq ki, NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.
Digər xəbərlər: