Gündəm / Siyasət / Dünya
22:15, 10 Nisan 2023
0

Nazirlərin görüşü may ayında baş tuta bilər

Nazirlərin  görüşü  may  ayında  baş  tuta bilər


Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Suriya probleminin həlli ilə bağlı görüşü mayın əvvəlində Moskvada baş tuta bilər.

Globalpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında bildirib.

“Daha öncə xarici işlər nazirlərinin müavinləri görüşün təşkili məsələsi üzərində işləyirdilər. Keçən həftə biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bunu müzakirə etdik. Hazırda belə bir görüşün mayın əvvəlində keçirilməsi planlaşdırılır və görüş Moskvada olacaq”, - o deyib.

M.Çavuşoğlunun sözlərinə görə, Suriya üzrə dördtərəfli görüşlərin məqsədi Suriyada nizamlanma mexanizmlərini, o cümlədən Astana prosesini normallaşdırmaq və canlandırmaqdır.
Digər xəbərlər: