Gündəm / Siyasət
13:57, 06 Mart 2023
0

Lui Bono: “ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün tərəfdarıdır”

Lui Bono: “ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün tərəfdarıdır”


Lui Bono: “ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün tərəfdarıdır”
“ABŞ Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin edilməsinin tərəfdarıdır”.

Globalpress.az- ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono deyib.

"Sülh müqaviləsi dayanıqlı olmalıdır. Onun təşəbbüskarı ABŞ və ya digər dövlətlər deyil, tərəflərin özləri olmalıdır. Bizim məqsədimiz tərəflər arasında ünsiyyəti təmin etməkdir", - baş müşavir bildirib.

L.Bono Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi barədə xəbərdar olduğunu bildirib. Bununla belə, onun fikrincə, vasitəçilik formatından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

ABŞ Dövlət Departamentinin baş müşaviri Bakıda görüşlər keçirdikdən sonra sabah İrəvana yola düşəcək.
Digər xəbərlər: