Gündəm / Siyasət / Dünya
Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər gələcək.
Globalpress.az xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclasında iştirakı nəzərdə tutulur.
Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.
Daha çox xəbər:

Özbəkistan Prezidenti Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB

Serbiya Prezidenti Azərbaycana səfər edəcək