Gündəm / Siyasət / Dünya
Vaşinqton Tayms: Rusiya İrəvanda çevrilişə hazırlaşır – Qarabağda gərginliyin səbəbi..
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanı Ruben Vardanyanla əvəz etməyə hazırlayır.
Globalpress.az xəbər verir ki, bu iddianı növbəti dəfə "Vaşinqton Tayms" qəzeti gündəmə gətirib.
Nəşrin məlumatına görə, Rusiya dairələri Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və İrəvan hökumətini Moskvanın himayədarı ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsindəki erməni azlığı ilə manipulyasiya edir.
"Bu epizod Kremlin Gürcüstan, Moldova və Ukraynada öz təsir dairəsini saxlamaq məqsədi daşıyan hərəkətlərini xatırladır.
ABŞ və müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Ukraynada olduğu kimi birmənalı mövqe tutmalıdırlar", - deyə məqalədə bildirilir.
Daha çox xəbər:

Rusiya və ABŞ razı deyil, ancaq Ərdoğan edəcək

Rusiya mediasının Azərbaycana qarşı təxribatları dayanmır: “Komsomolskaya pravda” öz ampluasında

"Vəziyyət 44 günlük müharibə ərəfəsini xatırladır...”

Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır - CƏDVƏL

Cənubi Qafqaz ABŞ-Rusiya konfliktinin yeni cəbhəsinə çevrilə bilərmi?