Gündəm / Siyasət
Cənubi Qafqaz ABŞ-Rusiya konfliktinin yeni cəbhəsinə çevrilə bilərmi?
"ABŞ və Rusiyaya nisbətən Cənubi Qafqazda Türkiyənin mövqeyi güclənir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Cənubi Qafqazın ABŞ-Rusiya qarşıdurmasının növbəti cəbhəsinə çevrilə biləcəyilə bağlı sualı cavablandırarkən deyib:
"Ona görə də, bölgəmizin ABŞ-Rusiya qarşıdurmasına çevriləcəyi o qədər də inandırıcı deyil. Cənubi Qafqaz uğrunda mübarizədə siyasi cəhətdən Rusiyanın qalib gəldiyi göz önündədir. Baxmayaraq ki, Gürcüstan birmənalı şəkildə bu və ya digər formada ABŞ-ın siyasi nəzarətinə keçib. Azərbaycan isə Qərblə öz marağına uyğun siyasət yürüdür. Bu mənada ABŞ-ın burada yenidən nəyəsə nail olacağı o qədər də proqnozlaşdırılmır. Vaşinqtonun Azərbaycana hazırda elə bir böyük siyasi basqısı da yoxdur. Ermənistan və Gürcüstanda hakimiyyət dəyişib. Azərbaycanda isə iqtidar-xalq birliyi hökm sürür. Bütün hallarda Cənubi Qafqaz elə olduğu kimi də qalacaq. Nə Rusiyanın olacaq, nə də ABŞ-ın. Əksinə, bölgəmizdə bu iki ölkə ilə müqayisədə Türkiyənin mövqeyi daha da güclənir”.
Daha çox xəbər:

Cənubi Koreya ABŞ-dan F-35 tədarükünü başa çatdırdı

ABŞ-Rusiya üz-üzə: Üçüncü Dünya müharibəsi... - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?

Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır

ABŞ Tehranı Rusiya və Çin silahlarından məhrum etmək istəyir

Hikmət Hacıyev: “Azərbaycan bölgədə yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır”