Gündəm / Siyasət / Dünya
Separatçıların YENİ HƏNGAMƏSİ - Bayden, Putin və Makrona zənglərin TƏFƏRRÜATI
Separatçılar yenə dünyaya haray-həşir salıblar.
Globalpress.az xəbər verir ki, Qarabağdakı qondarma qurumun qondarma “deputat”ları Putin, Bayden və Makrona müraciət ediblər.
Qondarma “spiker” Artur Tovmasyanın başçılıq etdiyi “deputat”lar ATƏT-in “dəfn olunmuş” Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə, Rusiya Prezidenti Vladimir Putinə, ABŞ Prezidenti Co Baydenə, Fransa Prezidenti Emmanuel Makrona zəng ediblər. Onlar Laçın dəhlizinin açılması və ya Xankəndi hava limanının işə salınması üçün konkret tədbirlərin görülməsini tələb ediblər.
“Bu gün 25-ci gündür ki, Qarabağı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol bağlanmaqda davam edir.
Qarabağ məsələsi yeganə münaqişə idi ki, ATƏT-in “Minsk Qrupu”nun həmsədr ölkələrinin vahid baxış bucağı var idi.
Misli görünməmiş “humanitar fəlakət”lə üzləşmiş Qarabağ xalqının böyük ölçüdə nəinki məqsədyönlü bəyanatlara ehtiyacı var, həm də hesab edirik ki, bu istiqamətdə təsirli addımlar lazımdır.
Biz sivil dünyanı, xüsusən də “Minsk Qrupu”nun həmsədr ölkələrini Qarabağda “humanitar böhran”ın qarşısını almaq üçün dəhlizin açılması və ya Xankəndi aeroportunun istismarı üçün konkret addımlar atmağa çağırırıq”, – deyə separatçılar çərənləyiblər