Gündəm / Siyasət / Dünya
Borrell açıqladı: Ermənistan sərhədində missiya başa çatır
Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq.
Globalpress.az xəbər verir ki, bunu “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən brifinqdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Onun sözlərinə görə, oktyabrda yaradılmış missiya effektivliyini göstərib:
“Lakin missiya həm Ermənistan, həm də Azərbaycanla razılaşmalara uyğun olaraq dekabrın 19-da öz işini başa çatdıracaq.
Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzumuzu qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək məqsədilə Ermənistana nümayəndələr qrupu göndərəcəyik".
Daha çox xəbər:

Borrell: “Cənubi Qafqaz üçün səylərimizi gücləndirməliyik”

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi

Borrell: “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayırıq

Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyəcək