Gündəm / Siyasət / Dünya
Borrell: “Cənubi Qafqaz üçün səylərimizi gücləndirməliyik”
"Avropa İttifaqı Cənubi Qafqazı təhlükəsiz, sabit və inkişaf edən bölgəyə çevirmək üçün səylərini gücləndirməlidir".
Globalpress.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü müharibəni yenidən Avropaya qaytarıb:
"Bu gün biz Şərq Tərəfdaşlığına tamamilə fərqli cür baxırıq. Şərq Tərəfdaşlığı tərəfdaş ölkələrin çağırışlarına və müxtəlif ehtiyaclarına uyğunlaşdırılmalıdır.
Həmçinin, genişlənmə prosesinə paralel olaraq regional əməkdaşlıq vasitəsi kimi Şərq Tərəfdaşlığı siyasətini davam etdirməyi təklif edirəm”.
Daha çox xəbər:

Borrell: “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayırıq

Ukrayna, Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nı yeniləməyə çağırıb

Ceyhun Bayramov: “Ermənistanın mina xəritələrini təqdim etməsi vacibdir”

Avropa İnvestisiya Bankı Azərbaycanda yeni layihə həyata keçirəcək

Kiyevə nə dəstəyi verdiksə, Tiflisə də onu edəcəyik