Gündəm / Siyasət / Dünya
Qazaxıstan Prezidentinin andiçmə mərasimi keçirilir
Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Müstəqillik Sarayında rəsmi andiçmə mərasimi başlayıb.
Globalpress.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı tədbirin keçirildiyi saraya gəlib.
Andiçmə mərasimində hökumət üzvləri, deputatlar, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin digər qonaqlar iştirak edirlər.
Xatırladaq ki, Qazaxıstanda keçirilmiş prezident seçkisində seçicilərin 81,31%-i Kasım-Jomart Tokayevə səs verib.
Daha çox xəbər:

Qazaxıstan Prezidentinin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək

Qazaxıstanda ölkədən qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya YARADILDI

Ərdoğanın Qazaxıstan səfərinin təfərrüatları AÇIQLANDI

Qazaxıstanda matəm elan olunub

Azərbaycan lideri Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan Prezidenti seçilməsi münasibətilə təbrik edib