Gündəm / Siyasət / İqtisadiyyat
13:37, 05 Haziran 2022
0

Qazaxıstanda ölkədən qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya YARADILDI

Qazaxıstanda ölkədən qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya YARADILDI


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Globalpress.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezident Qasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin görülməsi üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda deyilir.

Dövlət başçısının komissiyanın fəaliyyətinə şəxsi nəzarəti həyata keçirmək niyyətində olduğu vurğulanır.
Digər xəbərlər: