Gündəm / Siyasət / Dünya
Ərdoğanın Qazaxıstan səfərinin təfərrüatları AÇIQLANDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-13-də Qazaxıstanda səfərdə olacaq.
Globalpress.az ın məlumatına görə , bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Aybek Smadiyarov bildirib.
Onun sözlərinə görə, oktyabrın 12-də səfər çərçivəsində dövlət başçılarının görüşü, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək.
“Danışıqlar zamanı aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tərəflər ikitərəfli investisiya, ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər”, – Smadiyarov deyib.
Oktyabrın 12-13-də Kasım-Jomart Tokayevin sədrliyi ilə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VI Zirvə Toplantısı keçiriləcək.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Ərdoğan arasında Astanada görüşünün mümkünlüyünü bildirib