Gündəm / Siyasət / İqtisadiyyat
Siyasi partiyanın beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsi qadağan edilir
Siyasi partiyanın beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsi və ianələr qəbul edə bilməz. Globalpress.azın xəbərinə görə bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihəyə əsasən, siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:
1. bu Qanunun 23.1.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, dövlət orqanları (qurumları);
2. yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;
3. digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;
4. beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;
5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
6. yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
7. adını, soyadını, atasının adını, həmçinin fərdi identifikasiya nömrəsini, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.
Qanunun hazırkı variantı isə belədir: Siyasi partiyaların aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:
1. bu Qanunun 17-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanları və digər dövlət qurumları;
2. bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar;
3. xarici dövlətlər və xarici hüquqi şəxslər;
4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
5. yetkinlik yaşına çatmamış şəxslər;
6. soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər;
7. hərbi hissələr;
8. ictimai birliklər və fondlar, dini qurumlar;
9. hüquqi şəxslər.
Daha çox xəbər:

Siyasi partiyanın maliyyə fəaliyyətinə MSK və Hesablama Palatası nəzarət edəcək

Siyasi partiyalar Azərbaycan ərazisində son 20 ildə daimi yaşayan azı 200 vətəndaş tərəfindən təsis edilməlidir

Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcək

Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edəcək

Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcək