Gündəm / Dünya
“Nokia” da Rusiyanı tərk edir
Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” 2022-ci ilin sonuna qədər Rusiyadakı biznesinin böyük hissəsini bağlamağı planlaşdırır.
Globalpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, İsveçin “Ericsson” şirkəti də yaxın aylarda Rusiyadakı biznesini tədricən dayandıracağını söyləyib. Şirkət artıq aprel ayında Rusiyadan tamamilə çıxdığını elan edib.
Ericsson və Nokia-nın Rusiyadan tamamilə çıxması ilə ölkənin mobil operatorları Çinin “Huawei” və “ZTE” şirkətlərindən daha çox asılı olacaq.
Xatırladaq ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər bu ölkə ilə əməkdaşlığı dayandırıblar. Avtomobil istehsalından tutmuş bank sahəsinə, yeyinti sənayesindən energetika sektoruna qədər hazırda Rusiya bazarını tərk etmiş 600 şirkət yer alıb.
Daha çox xəbər:

“General Motors” Rusiyanı tamamilə tərk edir

Avropa Rusiya qaz və neftindən asılı olduğunu açıq etiraf etdi - başqa alternativimiz yoxdur...

Ərdoğan Rusiyaya qarşı sanksiyalar barədə: “Xalqımı soyuqda qoya bilmərəm”

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

Mart ayında 74 mindən çox insan Ermənistanı tərk edib