Gündəm / Cəmiyyət / Sosial
Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır

Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir. İnformasiya cəbhəsində heç vaxt atəşkəs olmur. Bu baxımdan biz COP29 tədbirinə ev sahibliyi zamanı gördük ki, Azərbaycanın informasiya məkanında avtoritetliyi artdıqca, ona qarşı təhdidlər də artır.
Globalpress.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə müsahibəsində deyib.
N.Məmmədlinin sözlərinə görə, COP29 təcrübəsi göstərdi ki, Azərbaycan mediası öz işini operativ və peşəkar qurur. Təhdidlərə cavab verə bilmək üçün də bu, belə də olmalıdır. Bu baxımdan Azərbaycan mediasında peşəkarlıq problemi yoxdur.
N.Məmmədli, həmçinin əlavə edib ki, bu il Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən bir sıra tədbirlər keçiriləcək. O bildirilib ki, bu tədbirlərdə məqsəd, ilk növbədə, milli mətbuat dəyərlərinin təbliğ edilməsi və Azərbaycan milli jurnalistikasının əsas prinsiplərinin cəmiyyətə aşılanmasıdır. Hesab edirik ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq.
Daha çox xəbər:

Medianın İnkişafı Agentliyi MSK ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir

Natiq Məmmədli MEDİA- nın İcraçı direktorunun müavini təyin edilib

Ölkə mediası milli maraqların beynəlxalq ictimaiyyətə çatdırılması prosesindən üzüağ çıxıb

İpoteka bu jurnalistlərə şamil ediləcək

Müasir mediada yeni trendlər