Gündəm / Siyasət / Dünya
09:00, 01 May 2025
0

ABŞ Ukrayna ilə bu sazişi imzaladı

ABŞ  Ukrayna  ilə  bu sazişi imzaladı



Vaşinqton və Kiyev Ukraynanın təbii ehtiyatlarına çıxış haqqında saziş imzalayıb.
Globalpress.az xəbər verir ki, Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko bu haqda sosial şəbəkədə yazıb.

“ABŞ-ın maliyyə naziri Scott Bessent ilə birlikdə mən ABŞ-Ukrayna arasında Bərpa İnvestisiya Fondunun yaradılması haqqında Sazişi imzaladım”, - o bildirib.

Bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək.

Nazirin sözlərinə görə, Kiyev və Vaşinqton Ukraynada qlobal sərmayələri cəlb edəcək Ukraynanın Bərpası üçün İnvestisiya Fondu yaradacaq.
Digər xəbərlər: