Gündəm / Cəmiyyət
Əhməd İsmayılov Milli Mətbuat günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşdü
Əhməd İsmayılov Milli Mətbuat günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşdü
Medianın İnkişafı Agentliyində baş tutan görüşdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları iştirak ediblər.
Pravda.az-ın xəbərinə görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı tarix yazan əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.
Daha çox xəbər:

Medianın İnkişafı Agentliyində Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib

Əhməd İsmayılov jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi

MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirildi