Gündəm / Cəmiyyət / İdman
Premyer Liqa klubumuz legioner hücumçu transfer edir
Yenidən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” transfer çalışmalarını davam etdirir.
Globalpress.az-ın məlumatına görə, Tovuz təmsilçisi heyətinə yeni legioner hücumçu qatır. Söhbət Gürcüstan “Telavi”sinin “9” nomrəsi – İmeda Aşortiadan gedir. Bölgə klubu sözügedən forvardla danışıqları yekunlaşdırmaq üzrədir. Əgər son anda hər hansı bir problem çıxmazsa, 25 yaşlı gürcü futbolçu Azərbaycana gələcək.
Qeyd edək ki, İmeda Aşortia müxtəlif illərdə ölkəsinin “Dila”, “Kolketi”, “Şukura” klublarında çıxış edib. O, son mövsümdə “Telavi” forması ilə meydana çıxdığı 20 oyunda üç qola imza atıb.
Daha çox xəbər:

Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq

“Neftçi”nin transfer edəcəyi braziliyalı: “Burada həyatımın ən xüsusi qollarından birini vurdum” - FOTO/VİDEO

Azərbaycan millisinin oyunçusu transfer oldu

Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi açıqlandı

Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel