Gündəm / Siyasət / Cəmiyyət
Amerikalı səfirdən Bakı və İrəvana çağırış...
ABŞ Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda sülh danışıqları üzrə vasitəçi kimi iştirak etməyə hazırdır.
Globalpress.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bildirib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə sülh danışıqları və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı keçirilən görüşü alqışlayıb:
“ABŞ Cənub Qafqazda sülh, demokratiya və rifahın çiçəklənməsinə sadiqdir. Dövlət katibi Entoni Blinkenin aprelin 5-də iki dövlətin lideri ilə telefon danışığı zamanı dediyi kimi, biz Azərbaycanla Ermənistan arasında sülh dialoqunun davam etdirilməsinə çağırırıq”.
Qeyd edək ki, bu il aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olub. Tərəflər dövlət sərhədinin müəyyənləşməsi üzrə komissiyanın yaradılması barədə razılığa gəliblər.

Daha çox xəbər:

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib

Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub

Əliyev-Paşinyan görüşü keçirilə bilər - RƏSMİ

Dövlət Departamenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışlayıb

Şarl Mişel: Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır