Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan və Macarıstan strateji tərəfdaşdır

Azərbaycan və Macarıstan strateji tərəfdaşdır.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti deyib ki, Macarıstan kimi Azərbaycan da müharibə aparan ölkə ilə həmsərhəddir: “Biz demək olar ki, eyni çağırışlarla üzləşmişik”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan da müharibə aparıb: “Azərbaycan öz ərazisini azad etmək uğrunda müharibə aparıb. Ancaq bu müharibə Rusiya və Ukrayna arasındakı kimi 3 il yox, 44 gün davam edib. Azərbaycan Ordusunda 1 fərari belə olmayıb, Ermənistan isə 12 min fərarinin olduğunu özləri etiraf edib. Azərbaycan öz ərazilərini işğaldan azad edib”.