Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan və Gürcüstan gömrük xidməti nümayəndə heyətləri görüşdülər
Gürcüstanda səfərdə olan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti gürcüstanlı həmkarları ilə görüş keçiriblər.
“Globalpress.az xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, qurumun rəis müavini Vladimir Xundadze və həmin nazirliyin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak ediblər.
Görüşdə Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə arasındakı gömrük-keçid məntəqələrində mövcud vəziyyət, yük nəqliyyat vasitələrinin sıxlıqları və onların aradan qaldırılması üçün dəmiryolu vasitəsilə yükdaşımaların artırılması imkanları müzakirə olunub.
Bildirilib ki, sıxlıqların yaranmasına səbəb son aylarda Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə tranzit qaydada hərəkət edən yük nəqliyyat vasitələrinin sayının sürətlə və dəyişkən qrafik əsasında artmasıdır.
Tərəflər “Qırmızı Körpü” və “Mazımçay” gömrük-keçid məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayının artırılmasının, bu məqsədlə sərhədkeçmə prosedurlarının səmərəliliyinin yüksəldilməsinin vacibliyini vurğulayıb, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində mütəmadi görüşlərin təşkilini qərara alıblar.

Daha çox xəbər:

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ

Dövlət Gömrük Komitəsindən kütləvi kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Üçtərəfli Komitə yaradılır - FƏRMAN

Əli Əsədov qərar İMZALADI - Bu məhsullar gömrük rüsumundan azad edildi

Dövlət qurumları tərəfindən məhkəmələrə müraciətlərin sayı AÇIQLANDI