Gündəm / Cəmiyyət
21:54, 26 Mart 2022
0

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Martın 27-sindən 30-unadək…

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Martın 27-sindən 30-unadək…


Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 30-u səhərədək hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Globalpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məkumat verilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında martın 27-si səhərdən 30-u səhərədək küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Digər xəbərlər: