Gündəm / Hadisə
“Avromed" şirkətinə cərimə protokolu yazılıb
Azərbaycana xaricdən dərman gətirən şirkətə cərimə protokolu yazılıb.
"Globalpress.az"ın xəbərinə görə, “Avromed Company” QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rauf Əhmədovun icraatına verilib.
Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Bu xətaya görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Daha çox xəbər:

Əhalinin nəzərinə: Bunu etməyənlər cərimələnəcək - 3 min manat...

Cəriməsi 1000 manat olan qadağa qüvvəyə mindi - DİQQƏT

Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...

Qazla bağlı yaranmış problemlərə görə vətəndaşlar ödəniş edəcək - AÇIQLAMA

Hərbi gəmilərin istismarı qaydalarını pozanlar üçün cərimə və cəzalar müəyyənləşir