Gündəm / Siyasət
21:22, 25 Şubat 2022
0

"Putinin məqsədi Zelenskini devirmək və bu iki bölgəyə quru yolu açmaqdır" - Türk generaldan açıqlamalar

"Putinin məqsədi Zelenskini devirmək və bu iki bölgəyə quru yolu açmaqdır" - Türk generaldan açıqlamalar


"Rusiyanın Ukraynaya hücumunun iki məqsədi var: birincisi, Zelenskini devirib, yeriə özünə yaxın idarəçi gətirmək, ikincisi isə Krıma və sizə nə qədər təəccüblü görünsə də, Rusiyanın faktiki nəzarətində olan Moldovanın Dnestryani bölgəsinə quru yolu təmin etməkdir".

Globalpress.az xəbər verir ki, bu sözləri Türkiyə ordusunun təqaüddə olan generalı, hərbi ekspert İhsan Başbozurd "TRT haber"ə şərhində deyib.

O bildirib ki, Rusiyanın hərbi gücü Ukrayna ilə müqayisədə çox güclüdür: "Bu, ümumiyyətlə, müqayisəolunmazdır. Ona görə, düşünürəm ki, Putin qeyd etdiyim iki məqsədinə çatana qədər əməliyyata davam edəcək".

General deyib ki, Putin illərdir NATO-nu, Qərbi sınaqdan çıxarıb: "Ona tam aydın olub ki, qarşı tərəfin qərarvermə beynində ortaq rəy yoxdur. Bu da onu daha cəsarətli qərarlar verməyə təhrik edir".
Digər xəbərlər: