Gündəm / Siyasət / Cəmiyyət
Ukraynanın “neytral statusu” müzakirə edilməlidir.
Siyasi şərhçi Asif Nərimanlı:
Peskov deyir ki, Putin Zelenski ilə görüşə bilər, o şərtlə ki, Ukraynanın “neytral statusu” müzakirə edilməlidir.
Bu, Ukraynada “Finlandiya modeli”nin tətbiqidir. Hərçənd, işğalın davam etdiyi vaxt Kreml görüş təklifi özü üçün “əl yeri” saxlamaq istəyindən irəli gəlir:
- İşğalın davam etdiyi vaxt “diplomatiyadan yana” olduqlarını göstərirlər;
- Zelenskini təslim olmağa dəvət edirlər: bu, həm də ukraynanlılara “biz görüş istəyirik, müharibəni sizin rəhbərlik aparır” mesajını çatdırmaqdır;
Hərçənd, Rusiyanın işğalda hədəflərindən biri də Zelenskini devirmək, Moskvaya bağlı rejim qurmaqdır. Peskovun “əməliyyat hədəfə çatana qədər davam edəcək” sözləri və Ukraynanı tərki-silah etmək istədiklərini deməsi də bunu göstərir.
Ukrayna rəhbərliyi də Kiyevdə hökumət məhəlləsinin müdafiəsinə hazırlaşır: Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak deyir ki, Qostomeldə şiddətli döyüşlər gedir və Kiyevdə hökumət məhəlləsinə soxulmaq cəhdi mümkündür, çünki məqsədlərindən biri Ukrayna rəhbərliyini devirməkdir;
Müharibə uzansa, rusların işi çətinləşəcək. Buna görə ruslar günün sonuna kimi Kiyevi işğal etmək istəyir.
Siyasi şərhçi Asif Nərimanlıya görə Ukrayna NATO ilə əlaqələrini kəsir, ölkə silahsızlaşdırılır, Rusiyanın təhdit kimi gördüyü silahlar ləğv olunur, öz ərazisindən Rusiyaya qarşı istifadə edilməyəcəyinə zamanət verir, ABŞ-Rusiya qarşıdurmasında tərəf olmur və s.
Daha çox xəbər: