Gündəm / Siyasət
“Putin indi gücünü Ukraynaya yönəltdiyindən istəməz ki, Qarabağda gərginlik yaransın...”
“Artıq Rusiya Qarabağa da marağını itirib. Və hazırda iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir...”
Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması və ardınca guya öz xahişləri ilə həmin qurumlardakı əhalinin müdafiəsi məqsədi ilə Ukraynaya faktiki açıq təcavüz etməsi Qarabağdakı separatçı-terrorçu rejimi, eləcə də Ermənistanda Putinin dostu sayılan Xocalı qatilləri Robert Köçəryan və Serjik Sərkisyanın başçılıq etdiyi revanşist, anti-türk, terrorçu və işğalçı xislətli müxalifəti fəallaşdırmayacaq ki?
Bildiyiniz kimi, fevralın 23-də gecə - Rusiya ordusunun Ukraynaya hücumundan bir neçə saat öncə Ermənistan Laçın istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmağa başlayıb. Fevralın 24-ü səhər tezdən isə qəsbkar ölkənin müdafiə naziri Suren Papikyan Moskvaya rusiyalı həmkarı Şoyqu ilə görüşə yollanıb… Hadisələrin sonrakı inkişafı Qarabağ ətrafındakı prosesləri hansı istiqamətə yönləndirə bilər? Qarabağ və Ermənistandakı separatçı və revanşist erməni kəsimi Ukraynada Putin Rusiyasının qalib gələcəyini səbirsizliklə gözləyir və ümidlərini yalnız yeni ittifaq dövlətinə bağladıqlarını açıq etiraf edirlər…
Mövzu ilə bağlı Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Ermənilərin Moskva Bəyannaməsindən sonra təşvişə düşməsi bəllidir. Bu, onlar üçün böyük problem yaradıb… Lakin ümumi tendensiya ondan ibarətdir ki, Rusiya, konkret olaraq onun lideri Putin bu saat əsas diqqət və gücünü Ukrayna istiqamətinə yönəldib və ona görə də istəməz ki, Cənubi Qafqazda, Qarabağda da yenidən gərginlik ocağı yaransın. Amma bütün hallarda proseslər Rusiyanın zəifləməsinə doğru gedir. O da bəllidir ki, bu zəiflik ona gətirib çıxaracaq ki, Moskvadan çox uzaq nöqtələrdə Kremlin fəallığı azalacaq...
Ümumiyyətlə, bundan öncə demişdim ki, artıq Rusiya Qarabağa da marağını itirib. Və hazırda regionu idarəetmə üsulu, iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir. Qarabağdakı rus ordusunun saxlanılması Moskvaya bir tərəfdən baha başa gəlir, digər tərəfdən də Ukrayna məsələsi yanında, təbii ki, bu bölgə aktuallığını itirir.
Rusiay və Azərbaycan liderləri arasında imzalanmış son Moskva Bəyannaməsi də bunu göstərir. Yəni orada, demək olar ki, heç Qarabağın adı çəkilmir. “Azərbaycan-Ermənistan münaqişəsi” haqda danışılır, vəssəlam…”
Daha çox xəbər:

Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı... - NƏ BAŞ VERİR?

Rusiya ilə müttəfiqlik bəyannaməsində Qarabağla bağlı nələr var?

Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… - SUSACAĞIQMI?

"Putinin məqsədi Zelenskini devirmək və bu iki bölgəyə quru yolu açmaqdır" - Türk generaldan açıqlamalar

Qarabağdakı separatçılar yazda hücuma hazırlaşır?