Gündəm / İqtisadiyyat / Dünya
06:15, 04 Temmuz 2024
0

ABŞ Ukraynaya silah üçün yardım ayırıb

ABŞ  Ukraynaya  silah üçün yardım  ayırıb



Vaşinqton Administrasiyası Ukraynanın istifadə etdiyi “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.
Globalpress.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

Məlumata görə, ABŞ-nin Müdafiə Nazirliyi Ukraynanın təhlükəsizliyinə yardım təşəbbüsündən (“Ukraine Security Assistance Initiative”, USAI) 2,2 milyard dollar vəsait ayırıb.

“Bu maliyyə Ukrayna üçün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınması üçün istifadə ediləcək”, – Pentaqon bildirib.
Digər xəbərlər: