Gündəm / Siyasət / Dünya
Rafael Qrossi Kursk AES-ə baxış keçirib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Kursk AES-ə baxış keçirib.
Kursk AES-ə səfərinin hərbi əməliyyatların yaxınlığı və nüvə insidentinin təhlükəsi ilə bağlı olduğunu söyləyib.
Globalpress.az xəbər verir ki, Qrossinin sözlərinə görə, Kursk atom elektrik stansiyası normal rejimə çox yaxın işləyir.
Qrossi onu da qeyd edib ki, o, Kursk atom elektrik stansiyasında dron zərbələrinin izlərini görüb: "Əgər Kursk AES-ə xarici təsir olarsa, bunun nəticələri son dərəcə ciddi ola bilər".
AEBA rəhbəri Kursk AES-ə baxış keçirdikdən sonra stansiyanın yerləşdiyi Kurçatov şəhərinin sosial obyektləri ilə tanış olmağa başlayıb