Gündəm / Siyasət / Dünya
Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndəsi İrana gedir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti bu həftə İrana səfərə hazırlaşır.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus məlumat verib.
Xatırladaq ki, aprelin 14-də MAQATE-nin baş direktoru Rafael Qrossi nüvə sazişini müzakirə etmək üçün aprelin sonunadək İrana səfər etmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, İranla agentlik arasında davamlı əməkdaşlıq son dərəcə vacibdir.