Gündəm / Siyasət / Dünya
20:31, 12 Haziran 2023
0

BAEA - nin Baş Katibi Ukraynaya səfər edəcək

BAEA - nin  Baş Katibi   Ukraynaya  səfər edəcək


Globalpress.az- ın məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi gələn həftə Kiyevə səfər edəcək



Bildirilir ki, səfər Zaporojye Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda baş tutacaq.



Qeyd edək ki, AES qurğularını soyudan su anbarında suyun səviyyəsi azalıb. Buna səbəb "Kaxovka" su elektrik stansiyasının partladılması olub.



Atom elektrik stansiyası bir neçə aydır ki, elektrik enerjisi istehsal etməsə də, radioaktiv materialların buraxılması riskinin qarşısını almaq üçün hələ də su və elektrik enerjisinə ehtiyac var.

Modern.az
Digər xəbərlər: