Gündəm / Siyasət / Dünya
00:30, 23 Nisan 2025
0

Bunun üçün İrana aylar lazımdır

Bunun üçün  İrana  aylar  lazımdır


İranın istəyi olsa, bir neçə nüvə başlığı əldə etmək üçün illər yox, aylar lazımdır.
Globalpress.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Vaşinqtonda Amerikanın xarici əlaqələr üzrə qeyri-hökumət şurasında (CFR) keçirilən seminarda bildirib.

“İran nüvə silahına sahib olmaqdan o qədər də uzaq deyil. Onlarda belə silah yoxdur. Bunu bilirik. Beynəlxalq səviyyədə insanları çaşdırmamaq üçün həmişə bunu təkrar etməyə çalışıram. Amma böyük fərq odur ki, orada bir neçə döyüş başlığının hazırlanması üçün material artıq mövcuddur”, - o, çıxışında deyib.

Qrossi xatırladıb ki, İran keçmişdə nüvə qurğusu üçün lazım olan bəzi elementlər üzərində tədqiqatlar və hətta sınaqlar aparıb və bu, nüvə silahı hazırlanmasının sadəcə aylar məsələsi olduğunu göstərir.

“Ona görə də hesab edirəm ki, çiyinlərimizə bunun qarşısını almaq kimi böyük məsuliyyət düşür. Bu günlərdə aparılan bütün danışıqlar, bütün görüşlər məhz buna yönəlib”, - Qrossi fikirərini yekunlaşdırıb.



Mənbə //TASS
Digər xəbərlər: