Gündəm / İqtisadiyyat / Cəmiyyət
Hesablama Palatası külli miqdarda maliyyə pozuntusu aşkar edib.

Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyinin pozulması, 40 auditdə dövlət satınalmaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Globalpress.az xəbər verir ki, bunu Hesabalama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə ötən ilin hesabatını təqdim edərkən deyib.
Palata sədri bildirib ki, aşkarlanmış pozuntu məbləği 657,0 mln. manat olmuş, bunun 126,0 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib:
“Zərər məbləğinin 84,4 mln. manatı üzrə vəsaitin müvafiq qaydada pul və ya natura şəklində bərpası və əvəzləşdirilməsi,
- 15,2 mln. manatı üzrə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi istiqamətində qərar qəbul edilmişdir. Hesabat ilində Azərbaycan Respublikasının Baş Prokurorluğuna 6 nəzarət tədbiri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə isə 2 nəzarət tədbiri üzrə məlumatlar göndərilib.
- 26,4 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilmişdir.
- Aşkarlanmış pozuntu məbləğinin 531,0 mln. manatını təşkil edən digər pozuntu məbləğinə - vahid büdcə təsnifatına əməl olunmaması, büdcə qanunvericiliyinə dair normativ sənədlərin tələblərinin pozulması, dövlət satınalmaları üzrə qanunvericiliyə əməl olunmaması, büdcə vəsaitinin nəzərdə tutulmadığı istiqamətə istifadəsi və s. pozuntular aid edilib”.
Daha çox xəbər:

Hesablama Palatası pozunrylar aşkarlayıb

Son 5 ayda DSMF-nin xərcləri 15 faiz və ya 328 mln. manat artaraq 2 mlrd. 506 mln. manat təşkil edib

MDSS üzrə daxilolmalar 7,3% artıb

Hesablama Palatası ötən il 1 milyard manatlıq təhrif aşkar edib

Yanvar-iyul aylarında sosial müavinətlər üzrə 24 faiz çox olmaqla 578 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 mln. manat ödənilib